Qanunsuz GİL DAŞIYANLARIN işi Prokurorluğa GÖNDƏRİLDİ

Qanunsuz gil daşıyanların işi Prokurorluğa göndərildi

Abşeron rayonu Pirəkəşkül kəndinin Quldar adlanan qış-otlaq sahəsindən icazəsiz 2222 m3 həcmində gilin qazılaraq 99JP165, 99JL693, 99JL938, 99CV811 dövlət nömrə nişanlı yük maşınları ilə ərazidən daşındığı aşkar olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzerTaym.az-a verilən məlumata görə, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı gilin daşınmasına rəhbərlik edən şəxsin Abşeron rayon sakini Nəbi Vəlizadə olduğu müəyyən edilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 12221 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Abşeron rayon Prokurorluğuna göndərilib.






Fikirlər