"XƏRÇƏNGİN MÜALİCƏSİ MƏLUMDUR ... - Azərbaycanlı loğmandan FAKTLAR

Xərçəng xəstəliyinin səbəblərini qidalanmada görən və xəstəliyin elə qidalanma ilə müalicəsinin mümkünlüyünü əminliklə iddia edənlər sırasına Azərbaycandan həkim loğman İsmayıl Vəliyev də qoşulub. Həm həkim, həm də xüsusi təbabətlə dünya loğmanlarının da təcrübəsini xəstələri üzərində tətbiq edən İsmayıl Vəliyev xərçəngdən müalicə etdiyi xəstələrdə tətbiq etdiyi metodlardan danışıb.
 "AzerTaym.az" Publika.az-a istinadən həkimin fikirlərini və pəhriz metodikasını təqdim edir:
 
"Mən deyəndə ki, xərçəngin müalicəsi asandır, həkimlər əsəbləşir”
İnsanlarımız gənc yaşlarından düzgün, sağlam qidalanmır. 
Xərçəngin əmələ gəlməsinə səbəb heyvani qidalardır, nə gəldi necə gəldi yeməkdir.
Bəzən həkimlər bu sözümdən qıcıqlanır, amma mən yenə deyirəm ki, xərçəngin müalicəsi əslində asandır, çünki səbəbi məlumdur. İncimək lazım deyil,əksinə  əl-ələ verib insanları maarifləndirməliyik.
Azərbaycanda hər 5 xəstədən birini biopsoya, histoloji analiz edirlər.  Hər 10 xəstədən biri az qala xərçəngdir. Xoşxassəli şişlər də var, onlar da müəyyən illərdən sonra bədxassəliyə çevrilə bilir.   Xərçəngin həm adı insanı öldürür, həm özü, həm müalicəsi”.
Xərçəng qəbizliklə gəlir
Mən görmədim ki, hansısa xərçəng xəstəsi daha öncə qəbizlikdən əziyyət çəkməsin. 
Bir gənc qadın xəstə var idi, ginekoloji xəstəliyə görə həkimə gedib. Yazıq xəstə diliylə deyir ki, həkim mən 4-5 gündən bir tualetə gedirəm, həkim deyib normaldır, eybi yox. Belə bir şey olarmı?
Bütün xəstəliklərin bir nömrəli səbəbi qəbizlikdir. İnsan gündə 1-2 dəfə bağırsaqları boşalmalıdır. 
Ağciyər xərçəngi isə siqaretdən. Gələnə deyirik ki, siqareti, içkini tərgitməlisən. Kişilər deyir ki, yox mən öyrəşmişəm, tərgidə bilmərəm. Bəs biz necə kömək edək? 
1 gün ac, bir gün qida
Bizim müalicəmizə üs tutan xəstədən soruşuruq.  Dediyimiz qidalanma rejiminə riayət edəcəksə, müalicəyə götürürük, yox etməyəcəksə, bizlik bir iş yoxdur.  Bir sıra xəstələr üzərində bu pəhrizin effektini almışıq, faktlarım var.
Ağsudan 30 yaşında bir oğlan, kürəyində sarkoma var. 14 dəfə əməliyyat olub. 
Bizim 5 aylıq pilləli acqalma metoduna keçib. Bir gün qidalanır, bir gün aclıq. Nəinki yemək, hətta su da olmaz. 
2-ci ayda isə 2 gun yeyir, 2 gün nə su, nə yemək olmaz.
Həmin bu 30 yaşlı xəstəmiz əlil arabasında idi, Türkiyə İran gəzmişdi.
İndi sağalmağa doğru gedir, hərəkətləri bərpa olub, əyləşir, başını yuyur. Bu insan 2 ildir qəbizlikdən əziyyət çəkirdi.
 
Pəhriz müddətində mədə-bağırsağından qara mazut kimi çirk çıxırdı. Özü təəccüb edirdi ki, bu nədir məndən gəlir. Bunlar hamısı zəhərli toksinlərdir.  Xərçəng də bu toksinlərdən əmələ gəlir. Birinci növbədə qan təmizlənməlidir. Mədə-bağırsağın bütün xovları təmizlənir. 
Gürcüstandan da bir xəstəmiz vardı, gənc oğlan. O da eyni qidalanma ilə xilas oldu.
Mən xərçəng genetikdir, irsi keçir kimi fikirləri qəbul etmirəm. 
 
Nə yeyilməlidir?
Ətsiz, şirniyyatsız qala bilməyən insan xərçəngdən xilas ola bilməz. Şirniyyatı orqanizmdəki parazitlər tələb edir. Ət, heyvani qidalar, yağlar müxtəlif orqanlarda, qanda iltihab yaradır. İltihab olan yer mütləq xərçəngə doğru gedir. 
Yağlardan ən yaxşısı qara zirə yağıdır. 
Zəyərək toxumu yağı – səhər, gecə bir qaşıq qəbul etməlidir
Eləcə də küncüt yağı. 
Zeytun və günəbaxan yağı yaxşısını tapsanız, yeməklərdə istifadə edin. 
Marketlərdə indi 88 adda yağ var, hamısı da zərərli.
 
Dünya loğmanları müalicədə  adi çay sodası və 3%li perekis də istifadə edir, çox gözəl effekt verir, qanı, böyrəkləri, qaraciyəri təmizləyir. Qələvi mühitini artırır. Qələvi mühitdə də virus, mikrob yaşamır.






Fikirlər