72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini AÇIQLADI

Heç bir estetik əməliyyat etdirməmişəm. Həm xoş xasiyyətli olduğum, həm də özümə fikir verdiyim üçün belə cavan qalmışam.

Bunu Oxu.Az-a danışan 72 yaşlı Əməkdar artist və rəssam Suğra Bağırzadə gözəllik və formada qalma sirrlərini bölüşərkən deyib.

 

Hər səhər idman edirəm. Sağlam qidalanmağa fikir verirəm. Özüm-özümə qulluq edirəm. Maskalardan istifadə etməklə yanaşı, üzüm üçün bütün təmizlik proseslərinə də riayət edirəm.

Axşamdan dəmlədiyim zəfəranı hər səhər içirəm. Onu heç bir qida yemədən qəbul edirəm. Həmçinin gözümü dəmlədiyim zəfəran suyu ilə də yuyuram. Ümumiyyətlə, zəfəran çox xeyrlidir”, – deyə Əməkdar artist bildirib.

Aktrisaya təkliflər gəlsə də, səhhətinə və yaşına görə efirlərdən uzaqlaşdığını qeyd edib:

Dağıntılar altında” serialında çəkildiyim zaman yıxıldığım üçün ayağım qırılmışdı. Ona görə də serialın sonuna kimi, ancaq yataqda oldum.

Hələ ki, indi-indi gəzməyə başlamışam. Ona görə də üzərimə çətin bir iş götürmək istəmirəm. Təkliflər var, amma həm yaşıma, həm də yıxılmağıma görə özümə fikir verməliyəm”.

Yerli seriallarla bağlı səsləndirilən tənqidlərə gəlincə, Suğra Bağırzadə hər şeyin səviyyəsinin ona qoyulan sərmayədən asılı olduğunu bildirib:

“Pul önəmlidir. Sərmayənin yaxşı olması əsasdır. Film və seriallara istənilən və ya tələb olunan gəlir qoyulsa, hər şey yaxşı olacaq”.

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

 

 






Fikirlər