“Bağçalar BAĞLANMAYACAQ” - Nazirdən vacib AÇIQLAMA...

“Bağçalar bağlanmayacaq” - Nazirdən vacib açıqlama

Bağçaların fəaliyyəti hələ də davam etdirilir.

"AzerTaym.az" bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri hesab olunan olan bağçaların bir sıra amillər də nəzərə alınmaqla fəaliyyətinin davam etdirilməsinə qərar verilib:

“Bu amillər nəzərə alınmaqla bağçaların distant təhsilə keçirilməsi mümkün deyildi. Buna görə də növbəti həftələrdə bağçalar öz fəaliyyətini davam etdirəcək. Lakin vətəndaşlarımızdan sanitar-gigiyenik normalara riayət etmələri xahiş olunur”.

E.Əmrullayevin fikrincə, gələcək dövr üçün təhsil prosesinə hansı formada davam edilməsi ilə bağlı proqnoz vermək gələn həftədən mümkün ola bilər.






Fikirlər