NAZİR DƏRSLƏRİN BAŞLAYACAĞI TARİXİ AÇIQLADI - "Bütün şagirdlər məktəbə gedəcək"
Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxış edib. E. Əmrullayev deyib ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başa çatır: “Sentyabrın 15-də tədris müəssisələrində tədris bərpa edilir. Təhsil alan və təhsil verənlərin yaş xüsusiyətləri tədrisin təşkilində nəzərə alınmalıdır". “Təhsil müəssisələrinin açılması nəqliyyatda, iş yerlərində, ailələrində virusun yayılmasına təsir edən amil kimi nəzərə almalıyıq. Amma biz onu da nəzərə almalıyıq ki, təhsil xalqın gələcəyidir və nə olursa olsun, davam etdirilməlidir”- deyə nazir bildirib. "Report" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin necə təşki edəcəyini də açıqlayıb: "Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər tədris oktyabrın 1-də həftədə iki dəfə başlaması planlaşdırılır". "Prosesin noyabr ayının 2-nə kimi davam etməsi nəzərdə tutulur", - nazir əlavə edib. E.Əmrullayev qeyd edib ki, sentyabrın 15-dən I-IV siniflər üçün ənənəvi qaydada dərslər başlayacaq:"Dərslərin həftədə 2-3 dəfə olması təklif edilir. V-IX siniflərdə isə tədris distant tətbiq olunacaq". E. Əmrullayev deyib ki, məktəblərin ənənəvi qaydada davam etməsini istəyiriksə, qoyulan qaydalara əməl edilməlidir. “Əgər hansısa ailədə kiminsə qızdırması varsa şagirdin məktəbə gəlməməsinin tərəfdarıyıq. Distant təhsil paralel davam etdirildiyinə görə valideynlərin uşaqların məktəbə göndərib-göndərməmək seçimini tanıyırıq. Bu, seçimin valideynlərə verilməsi qaydası baş verəcək”, - nazir əlavə edib. Emin Əmrullayev deyib ki, oktyabrın 1-dən V-IX siniflərin mərhələlərlə məktəbə əyani şəkildə gəlməsini planlaşdırırıq. Situasiyadan asılı olaraq, 2 və ya 3 dəfə. “Burada ölkə üzrə əlavə olaraq 737 min şagirddən söhbət gedir. Bakı şəhəri üzrə bu rəqəm 286 mindir. Beləliklə, artıq hər şey yaxşı gedərsə və epidemioji vəziyyət imkan verərsə oktyabrın 1-ə 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış proqramlarla hissə-hissə məktəbə qaytarmağı planlaşdırırıq. Bununla yanaşı əgər yenə də hər şey yaxşı gedərsə 15 oktyabrdan 10 və 11-ci siniflərin məktəblərə qayıtmasını planlaşdırırıq”, o bildirib. E. Əmrullayev nəzərə çatdırıb ki, sentyabrın 15-dən isə qeyd olunan siniflər üçün tədris onlayn olacaq. APA-nın məlumatına görə,E. Əmrullayev deyib ki, ən səmərəli olan təkliflər əsas götürülməlidir: “Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Differensial yanaşma əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir”. E. Əmrullayev deyib ki, tədrisin təşkili ilə bağlı nazirliyin təklif və planlarını təqldim etmək istəyir: “ Növbəti tədris ilinin 6 saylı məktəbin binasında müzakirə etməyimizin də simvolik əhəmiyyəti var. Martın 3-də ilk yoluxma halı qeydə alınandan sonra təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, tədris onlayn qaydada davam etdirilib. Növbəti tədris ili başlamamışdan əvvəl hamını maraqlandıran sual tədrisin necə olacağıdır”. Təhsil naziri qeyd edib ki, təhsil ekspertləri ilə müzakirələr aparılıb, digər ölkələrin təcrübələri öyrənilib:“Hazırda dünyada 134 ölkədə təhsillə bağlı qərarlar verilib. 63 ölkədə məktəblər açılıb, 55 ölkədə məktəblərin açılması tarixi elan edilib, 39 ölkədə hələ qərar yoxdur”. E. Əmrullayev nəzərə çatdırıb ki, pandemiya dövründə təhsillə bağlı ictimaiyyət ənənəvi və distant təhsilin hansının yaxşı olması barədə düşünür: “Ancaq biz ən uyğun və riskli olmayanlar barədə düşünməliyik”. Təhsil naziri Emin Əmrullayev siniflərdə şagird sıxlığı necə tənzimlənəcəyini də açıqlayıb:"Bu gün 338 sinifdə şagird sayı 40-dan yuxarıdır, 99.5%-də bu rəqəm 40-dan aşağıdır". Nazir bildirib ki, sinifdə maksimal şagird sayı normaları müəyyənləşəcək: "Planımız odur ki, məktəbə gələn hər bir şagirdə təlimatları özündə əks etdirən məlumat vərəqələri veriləcək" E.Əmrullayev qeyd edib ki, böyük ehtimal soyunub-geyinmə otaqları mövcud şəraitdə imkan vermirsə, bədən tərbiyəsi fənni tədris olunmayacaq. Təhsil naziri deyib ki, şagirdlərin yerdəyişməsi prosesi ənənəvi qaydada həyata keçiriləcək. Onun sözlərinə görə, valideynin hansısa bölgədən gəlməsi ilə bağlı məsələ Təhsil Nazirliyinə aid deyil: "Şagirdlərin yerdəyişməsi ilə bağlı problem olmayacaq". Nazir bildirib ki, yeni tədris ilə bağlı bəzi dəyişikliklərin təhsilverənlərin əməkhaqlarına heç bir təsiri olmayacaq. Emin Əmrullayev deyib ki, bəzi özəl təhsil müəssisələri xarici kadrların ölkəyə gəlməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ediblər. Nazir bildirib ki, həmin özəl təhsil müəssisələri həmin təhsil işçilərinin ölkəyə gəlmə səbəbini izah edir:"Bunun üçün də şərait yaradılacaq və belə say da çox deyil".