2 gün ərzində dəhşətli MAQNİT QASIRĞASI gözlənilir - BU ŞƏXSLƏR ehtiyatlı olmalıdır...

Yaxın 2 gündə metohəssas insanlar çox diqqətli olmalıdır. Çünki,dekabrın 15-dən 17-dək Azərbaycanda güclü maqnit qasırğası olacaq. Maqnit qasırğasının güclü olmasının əsas səbəbi anomal hava şəraitidir.

Ona görə də insanlar yaxın 2 gündə rifahlarına daha çox vaxt ayırmalıdırlar. Maqnit qasırğası yüksək qan təzyiqi, miqren və köhnə zədələrə meylli olanlar tərəfindən çox güclü hiss ediləcək.

Bu günlərdə lazım olan dərmanları çantanıza qoymağı unutmayın.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bəzi insanların özlərinə və yaxınlarına çox diqqətli olmalarını vacib hesab edir:
 

“Belə günlərdə müyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Maqnit qasırğası əsasən 50 yaşdan yuxarı insanların səhətinə mənfi təsir göstərir. Məsələn, qanında müəyyən yağların yüksək olması, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara maqnit qasırğası pis təsir edir. Bu da özünü baş ağrıları, halsızlıqla göstərə bilər. Maqnit qasırğası hətta hipertaniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər”.

Rasif Bağırov ona görə də tövsiyyə edir ki, qan dövranında problemi olan insanlar belə günlərdə daha diqqətli olmalıdırlar.

“Hipertaniyadan əziyyət çəkən insanlar yaxşı olar ki, istirahətə daha çox üstünlük versinlər. Açıq havada daha çox gəzsinlər. Özlərini stresdən qorumağa çalışsınlar, yalnız müsbət emosiyalara köklənsinlər”.






Fikirlər