"Neqativ emosiyaları heç vaxt daxilinizdə saxlamayın, axı, bəzən coşqun stres okeanında batmamaq üçün, sadəcə, kimsənin əlindən tutmaq kifayətdir..."
6 oktyabr Ümumdünya təbəssüm günüdür...
Hər il oktyabrın ilk cümə günü Ümumdünya təbəssüm günü qeyd edilir. Bu gün 1999-cu ildə amerikalı qrafik dizayner Harvi Bollun sayəsində meydana çıxıb. Məhz bu insan bir dəfə sarı rəngli təbəssüm siması olan "smaylik" çəkib.
AzerTaym.az bildirir ki, bu barədə "Detaly" nəşri yazıb.
Təqdiqatlar göstərir ki, adi həyatda təbəssüm stresi götürür və immunitetə müsbət təsir göstərir.
Bəs özümüzü xoşbəxt hiss etmək üçün biz nə edə bilərik?
Xoşbəxtlik əldə etməyin başlıca qaydası öz emosiyalarımızdan qorxmamaqdır. Siz sevinirsizizsə, gülümsəyin. Özünüzlə tək qalmaq istəyirsinizsə, bu barədə söyləməkdən çəkinməyin. Başqasının fikrinə görə narahat olmağa və ya hamımız üçün asan olmayan zəmanədə həyatdan zövq almağı özümüzə qadağan etməyə dəyməz. Mümkündür ki, siz hətta kimin üçünsə özünə və özünün psixoloji sağlamlığınıza qayğı göstərən adam kimi nümunə olacaqsınız.
Sadəcə, var olduğunuza görə özünüzü tərifləyin
Əvvəlcə özünüzü istənilən nailiyyətə görə tərifləməyi öyrənin. Dostunuzun köməyinə gəlmisiniz? Mürəkkəb məsələni həll etmisiniz? Dadlı səhər yeməyi bişirmisiniz və ya kimin üçünsə bir fincan ətirli çay dəmləmisiniz? Bəlkə yoldan ötənə təbəssüm bəxş edərək onun əhval-ruhiyyəsini yüksəltmisiniz? İstənilən halda sizə əhsən!
Bu gün hansı yaxşı işi gördüyünüz barədə düşünün, sonra güzgüyə baxaraq özünüzü tərifləyin. İstəsəniz, belə məqamları yaxşı yadda saxlamaq üçün qeydə alın. Bu metod bayağı görünsə də, belə hərəkətləri hər gün və hətta gündə bir neçə dəfə təkrarlasanız, səmərəsi özünü çox gözlətməyəcək.
Kiçik nailiyyətlərin dəyərinə inanın
Hətta siz memuarlar həvəskarı deyilsinizsə, bütün nailiyyətlərinizi sənədləşdirməyi məsləhət görürük. Bu ritualı ötən günü təhlil edərək hər axşam etmək olar. Bəli, əvvəlcə belə məşğuliyyət kifayət qədər çətin görünə bilər. Lakin, böyüç ehtimalla, bir neçə gündən sonra sizə xoş görünəcək və siz ətrafınızdakı dünyaya başqa bucaq altında baxmağa başlayaqsınız. Sizə əhəmiyyətsiz görünən nailiyyətlər birlikdə böyük uğur kimi görsənəcək. Belə kəşf sizə xoşbəxtlik və motivasiya gətirəcək.
Sevin və bu barədə tez-tez danışın
Daxilinizdəki hisslərinizi boğmaq vərdişindən əl çəkməyi öyrənin. Yaxınlarınıza öz sevginizdən danışın, həm də bunu imkan daxilində tez-tez edin. Öz valideynlərinizə necə minnətdar olduğunuzu xatırlatmağı unutmayın. İnanın ki, belə sözlər üçün xüsusi məqam gözləmək lazım deyil. Sevgi etirafı bizə təkcə ətrafdakıları deyil, həm də özümüzü xoşbəxt hiss etməyə imkan verir.
Ətalətdən yan keçin
Bir çox tədqiqatlar sübut edir ki, gündəlik ətalət bizi depressiyaya qərq edir və emosiyalarımızı korşaldır. Bundan yan keçmək üçün özünüzə istirahət düzəldin, dostlarınızla görüşlər planlaşdırın, səyahət edin. Bunu öz ölkənizin sərhədlərində də asanlıqla edə bilərsiniz, başlıcası, şəraiti dəyişin, xüsusi emosiyalara yüklənin, bunlar sizi daha məhsuldar olmağa və adilikdən növbəti dəfə qurtulmağa kömək edəcək.
Yuxu rejiminə riayət edin
Müntəzəm yuxusuzluq orqanizmi daim stres vəziyyətində saxlayır, bu da bizim ruhi tarazlığımızda əks olunur. Mütəxəssislər iddia edir ki, yataq otağında optimal hərarət 16-19 dərəcə, rütubət 40-60 faiz olmalıdır. Həmçinin tünd pərdələr, təmiz yataq dəstləri və havanın xüsusi təmizləyicisi öz işini görəcək. Bütün bunların sayəsində yuxunuz möhkəm və tez olacaq, bu da psixoloji sağlamlığınıza müsbət təsir edəcək.
Yeniliyə öyrənin və öz qabiliyyətinizi inkişaf etdirin
Heç vaxt öyrənməkdən çəkinməyin. Yeni biliklər əldə edin, o zaman özünüzə inamlı olacaqsınız, yeni məqsədlərə çatacaqsınız, daha mürəkkəb məsələləri həll etməyi bacaraqsınız. Hər gün nəsə yeni bir şey öyrənin. İnanın ki, zaman gələcək, onlar sizə mütləq lazım olacaq.
Ürəyiniz istədiyi işi sınaqdan keçirin. Fortepianoda çalmaq istəyirsiniz? Bunu etmək heç vaxt gec deyil. Rəsm çəkməyi həmişə xoşlamısınız? Bunu da sınaqdan keçirin, sizi gələcəkdə rəssamlıq karyerası gözləyir. Yaradıcılıq sayəsində həyatınız parlaq emosiyalarla, pozitiv məqamlarla və xoşbəxtlik hissiyatı ilə dolu olacaq.
Elə rəqs edin ki, sanki heç kim sizə baxmır
Alimlər sübut edib ki, hər gün 10-15 dəqiqə rəqs etmək ümumi ovqatı yaxşılaşdırır. Bundan başqa, musiqi altında hərəkətlər stres hormonu olan kortizolun miqdarını azaldır, sevinc hormonu olan endorfini sintez edir. Sizin bu işdə peşəkar olmağınız qətiyyən vacib deyil. Sadəcə, musiqini qoşun və xoşladığınız kimi hərəkət edin. Bunun üçün işlərinizdən 10 dəqiqə ayırmaqdan çəkinməyin, bunun işiniz üçün heç bir ziyanı olmayacaq, amma orqanizminiz əla yüklənəcəkdir.
Yadda saxlayın ki, xoşbəxtlik xırda şeylərdədir
Həyatdan burada və indi zövq alın! Bəzən telefonunuzu söndürün, ətrafdakılarla canlı ünsiyyətdə olun. Qəzəbləndiyiniz insanı bağışlayın. İstəsəniz tez-tez gülün. Ətrafdakılarınızdan almaq istədiyinizi onlara verin.
Əgər sizi nəsə həyəcanlandırmağa başlasa, mütləq bunu öz dostlarınız, ailəniz və ya psixoloqla bölüşün. Neqativ emosiyaları heç vaxt daxilinizdə saxlamayın, axı, bəzən coşqun stres okeanında batmamaq üçün, sadəcə, kimsənin əlindən tutmağımız kifayətdir. Və yadda saxlayın ki, kömək istəmək ayıb deyil!
Fikirlər