Baş ağrısını və stresi azaldan soyuq çay RESEPTİ

Reyhan həzm sistemi üçün faydalı qida hesab olunur.

AzerTaym.az medicina.az-a istinadən xəbər verir ki, reyhan, həmçinin soyuqdəymənin dərmanıdır. Üstəlik reyhandan bədəni yeniləmək və enerjini artırmaq üçün də istifadə etmək olar.

Onun digər faydalarını belə sıralamaq olar:

- Antioksidan və antibakterial xüsusiyyətlərə malikdir.

- İmmunitet sistemini gücləndirir.

- Tənəffüs yolu infeksiyalarından qoruyur.

- Bulantı və qusmanı aradan qaldırır.

- Baş ağrısını aradan qaldırır.

- Stresi azaldır.

- Yuxuya getməyi asanlaşdırır.

Reyhanı yeməklərdə və salatlarda istifadə etməklə yanaşı daha güclü təsir üçün aşağıdakı resepti sınaqdan keçirə bilərsiniz:

Bir stəkan qaynar suya qurudulmuş reyhan yarpaqları əlavə edin. 5-10 dəqiqə dəmləndikdən sonra içərisinə yarım limonun suyunu əlavə edib için. Bu çayı ilıq və ya soyuq halda içmək məsləhətdir. Gündə bir dəfə istehlak etmək olar.






Fikirlər