“NEAPOL” şadlıq sarayı- ELDAR Mahmudovun daha bir cinayət yuvası

MTN iş” bir neçə ay ərzində ictimaiyəti sözün əsl mənasında lərzəyə saldı.

Dövlətin ən önəmli nazirliyinin başında dayanan şəxsin quldurluq əməlləri aşkara çıxdıqdan sonra 10 il ərzində törədilən bir çox cinayətlər açılmağa başladı. Məlum oldu ki, keçmiş nazirin komandası quldurluq əməlləri törədərək külli miqdarda pul və sərvət əldə etmişlər. Bəziləri Mahmudovla qorxudan, bəziləri isə həvəslə əməkaşlıq edirdilər. Mənbələrin verdiyi məlumata görə, Mahmudov bir neçə şadlıq sarayı adı altında fəaliyyət göstərən pritonların sahibləri ilə əməkdaşlıq edirmiş. Belə üzdən iraq müəssisələrə kef çəkmək üçün gedən varlı şəxslər və məmur övladları gizli kameralar vasitəsilə qeydə alınır və sonradan şantaj olunaraq, pul verməyə məcbur edilirdilər. Saytımıza bu mövzuda video görüntülər də daxil olmuşdur. Növbəti yazımızda həmin çəkilişlərlə yanaşı digər maraqlı məlumatları da təqdim edəcəyik.  

 






Fikirlər