MTN-də Kərəm Həsənovdan 3 milyonu niyə alıblar?

 

keremheKomitə sədri mətbuatda haqqında yazılan yazıların mənbəyini axtarırmış, Eldar Mahmudov da şərikinin pulunu alıb “mənbə” satıb

Ötən günlərdə məlumat vermişdik ki, sabiq MTN şefi Eldar Mahmudovla Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun ortaq biznesi olub.
 Jam.az-a daxil olan məlumata görə, sabiq nazirlə komitə sədrinin bir çox ortaq işləri olsa da, əsasən şərikli şirkətləri “AZİNKO” tikinti kompaniyası olub.
Bu günlərdə isə məlum olub ki, Kərəm Həsənovla Eldar Mahmudov arasında 3 milyon manatlıq anlaşma da varmış. Mənbənin iddiasına görə, proses komitə sədri haqqında mətbuatda davamlı olaraq yazılar dərc olunan dövrə təsadüf edib. Təqribən 1 il əvvəl Kərəm Həsənov mətbuatda haqqında yazılan yazıların sifarişli olduğunu düşünərək, onun mənbəyini axtarmağa başlayıb. Lakin uzun axtarışların heç bir faydası olmayıb.
Məlumatda deyilir ki, heç bir ip ucu tapa bilməyən Həsənov şəriki Eldar Mahmudova üz tutur. Verilən məlumatda deyilir ki, sabiq MTN naziri o zaman komitə sədrinə söz verir ki, mənbəni tapıb, adını ona açıqlayacaq. Amma bunun qarşılığında ondan pul alınacağını da nəzərə çatdırır. Üstəlik, nazir ona deyir ki, bu pul MTN işçilərinin xərclərini qarşılamaq üçün lazımdır. Yəni, guya, Eldar Mahmudov bu pulun bir qismini mənbə axtaran “xəfiyyələri”nə verəcəkmiş, digər qismin də nazirliyin “qara kassası”na qoyacaqmış.
Beləliklə, Kərəm Həsənov üçün “mənbə” axtarışları qısa müddətdə “uğurla” başa çatır. Və komitə sədri MTN-ə dəvət edilir, orada bu məlumatların iki iri çinli məmur tərəfindən mətbuata ötürüldüyünə dair “fakt”lar ortaya qoyulur. Həsənovu inandırırlar ki, guya, həmin adamlar komitə sədrinə qarşı kampaniya aparırmış. Bildirək ki, həmin məmurların adı bizə məlum olsa da, yalnız zərurət olduğu təqdirdə açıqlayacağıq.
Eldar Mahmudovun Kərəm Həsənova “mənbə” tapması komitə sədrinə heç də ucuz başa gəlməyib. İddialara görə, sabiq nazir Həsənovdan bu iş müqabilində 3 milyon manat pul alıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.






Fikirlər