Mübariz Mənsimovun “Eldar Mahmudov” müamması çözülür? – VİDEO
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədəykən, çoxları onunla dost olmağa çalışırdılar. Ölkənin bir nömrəli kəşfiyyatçısı ilə kim dost olmaq istəməzdi ki. Nəinki ölkə daxilində, hətta xaricdən də Mahmudova “qarmaq atanlar” az deyildi. Bu da daha çox sabiq nazirin atası, iqtisadçı alim Əhməd Mahmudovun adı ilə baş tuturdu. Əhməd Mahmudovun adını əbədiləşdirənlərdən biri də “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov idi. Mənsimov nazir atasının adını gəmiyə vermişdi. Hətta açılışında şampan belə partlatmışdılar. Görəsən, həmin gəminin aqibəti necə oldu? Bu söz-söhbətdən sonra gəminin adı dəyişdiriləcək, yoxsa Mübariz Mənsimov həmişəki kimi sözünün üstündə dayanaraq, bu məsələdə geri addım atmayacaq? Hər halda qarşımızda çox sürprizlər yaşayacağıq. Ola bilsin ki, Mənsimov da Eldar Mahmudovun atası üçün “qəhrəmanımız” deməsinin sirrini açıqlayacaq. Azərbaycanda iş adamlarının yaşadıqlarını nəzərə aldıqda, ölkəmizdə böyük biznesi olan Mübariz Mənsimovun da Eldar Mahmudovun diqqətini çəkdiyi vurğulanır.