Eldar Mahmudovun daha bir ortağı üzə çıxdı – Deputat Rüfət Quliyevlə bağlı şok faktlar açıqlandı

 

114081_srcSon günlər qalmaqallı olaylarla diqqət mərkəzində olan Lənkəran şəhər 73 saylı daırənin deputatı Rüfət Quliyev seçiciləri ilə “müəmmalı” görüş keçirib. Sosial şəbəkələrdə, mətbuatda lənkəranlıların etirazı və narazılığından ehtiyatlanan biznesmen deputat Rüfət Quliyev seçicilərlə birbaşa ünsiyyətdən çəkinib.

Belə ki, Lənkəranın Göyşaban kəndindəki mədəniyyət klubunda tədbir keçirib. Ən maraqlısı odurki tədbirə Lənkəran sakinləri buraxılmayıb. 10-12 minik avtomobili ilə tədbirə əhali qismində gətirilmiş adamların qonşu rayonların sakinləri və Rüfət Quliyevin obyektklərinin işçiləri olduğu söylənilir. Tədbir vaxt hətta 10 illik deputatlarını ilk dəfə görüb iradlarını bildirmək istəyən Göyşaban kəndinin ağsaqqalları da tədbirə buraxılmayıb. Son günlər Rüfət Quliyevin vasitəsilə dindar namizədə qarrşı təyziqlər və onun Rüfət Quliyev əleyhinə fikirlər söyləməsi görünür millət vəkilini seçiciləri ilə ehtiyatlı davranmağa məcbur edib. Qeyd edək ki, bundan öncə seçildiyi peridodda Rüfət Quliyev nəinki seçiciləri ilə nadir hallarda görüşüb, eləcə də Milli Məclisin iclaslarında nadir hallarda iştirak edən millət vəkili olaraq tanınır.

Rüfət Quliyevin passiv olmasına rəğmən 10 ildən bəri deputat olmasına səbəb kimi bir neçə gün öncə işdən azad olunan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun himadarlığı göstərilir. Qeyd edək ki, Eldar Mahmudovun “Europian Tobacco” şirkətinin gizli sahibi olduğu iddia olunur. Rüfət Quliyevin əslində E.Mahmudovun biznesini işlətdiyini iddia edən mənbə başqa məmurların adının iz azdırmaq olduğunu söyləyib.

Qeyd olunur ki, ortaq olan dövlət məmurları vəzifə səlahiyyətlərindən sui istifadə edərək eləcə Rusiya Federasiyasında da birgə biznes fəaliyyəti ilə məşğul olublar.






Fikirlər