RUSİYA TÜRKİYƏDƏN xahiş etdi - Sanksiyalar qaldırılır
Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq edilən sanksiyaları aradan qaldırmağa hazırdır. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Baytarlıq və Bitki Sağlamlığı Nəzarət Xidməti Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə Moskvada keçirilən görüşündə bəyan edib. “Rusiya kənd təsərrüfatı məhsullarında aşkar edilən zərərli həşəratlardan dolayı narahatdır və Türkiyədən Rusiya və Avrasiya İqtisadi Birliyinin norma və tələblərinə cavab verən məhsulların ixracını təmin edəcək tədbirlərin görülməsini xahiş edir. Bu məhsullara tətbiq edilən müvəqqəti sanksiyaların aradan qaldırılması nəzərdən keçiriləcək”, - Rusiya tərəfinin məlumatında qeyd edilir. Qeyd edək ki, Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Rusiya hökumətinin dəvəti ilə Moskvada danışıqlar aparır. AzerTaym.az
Rusiya tərəfi qeyd edir ki, Türkiyənin kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinə zəmanət veriləcəyi halda saksiyaların aradan qaldırılmasına təkrar baxılacaq.