ERMƏNİ deputat TÜRK millət vəkillərini vurdu - Video

Türkiyə Böyük Millət Məclisi Konstitusiya Komissiyasının millət vəkillərinin toxunulmazlığı ilə bağlı keçirdiyi iclasda insident baş verib.

İclasda hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkilləri arasında dava düşüb.


HDP-nin erməni deputatı Qaro Paylanın türk millət vəkillərini vurması isə diqqətdən yayınmayıb. Hadisə zamanı bir neçə millət vəkili yaralanıb.

Anloji hadisə ötən həftə də baş vermişdi.

Qeyd edək ki, Türkiyədə millət vəkillərinin toxunulmazlığı ilə bağlı Konstitusiyaya dəyişikliklər edilməsi təklif olunur.(Axar.az)

 

 






Fikirlər