Türkiyədən "İNSAFSIZ" Rusiyaya sərt tənqid

Türkiyədən "insafsız" Rusiyaya sərt tənqid — VİDEO

Türkiyə XİN Rusiyanı sərt tənqid atəşinə tutub.

Ölkə.Az xəbər verir ki, dünən Rusiyanın dəstəyi ilə İdlib vilayətinin Binniş şəhərindəki bazarı bombalayan Əsəd gücləri onlarla dinc sakinin ölməsinə səbəb olublar.

Hadisə dünya mediasında geniş rezonans doğurub. İlk reaksiya verən ölkə kimi Türkiyə XİN-nin xətti ilə bu hadisəni insanlığa qarşı cinayət adlandırıb və Rusiyanı "insafsız" siyasətinə görə tənqid edib.

"Hər keçən gün Rusiya Suriyada baş verən insanlıq əleyhinə cinayətlərə daha çox şərik olur. Əsəd rejiminin azğınlaşmasının əsas səbəbi Rusiyanın ona verdiyi dəstəkdir. Bütün bunları sərt şəkildə qınayırıq" - Türkiyə XİN-nin yaydığı bəyanatda belə deyilir.






Fikirlər