Fransa Krımı rus torpağı KİMİ TANIYA BİLƏR
Fransa Krımın Rusiya ərazisi olduğunu tanıya bilər.
Axar.az RT-ə istinadən xəbər verir ki, bu haqda məlumatı Fransanın radikal sağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen məlumat verib. Le Penin sözlərinə görə, əgər o, Fransa prezident seçkilərində qalib gələrsə, Fransa Krımı Rusiya ərazisi olaraq tanıyacaq.
O, həmçinin, qeyd edib ki, sağçı Milli Cəbhə Partiyası Rusiyaya qarşı iqtisadi sanksiyaların ləğvinin lehinə çıxış edir.