22.03.2014. - "Krımı yaxın vaxtlarda qaytaracağıq"

22.03.2014. -  "Krımı yaxın vaxtlarda qaytaracağıq"Biz Krımı qaytaracağıq. Bu, çox vaxt çəkməyəcək”.

AzerTay.az-ın məlumatına görə, bunu Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko deyib.

“Krımda olan Rusiya ordusu hazırda çətinlik çəkir. Çünki onlar indi bizim nə planladığımızı, sabah nə edəcəyimizi bilmirlər. Daha doğrusu, Krımı necə qaytarmaq istədiyimiz barədə heç nə bilmirlər. Ukraynanın yeni hökuməti elə etməlidir ki, aqressiv Rusiya Ukraynanın kontinental hissəsinə bir addım belə ata bilməsin”, - deyə Timoşenko bildirib.

Sabiq baş nazirin sözlərinə görə, Rusiya Ukraynanın kontinental hissəsinə girsə, onda qərb ölkələri və ABŞ iqtisadi sanksiyalar tətbiq etməklə kifayətlənməyəcək. Ukrayna Rusiyaya qarşı hərbi gücdən istifadə edə bilər.






Fikirlər