07.03.2014. - Rus hərbçiləri KRIMI talan edirlər
ANS-in məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Rusiya ordusu “Belbek” aerodromunu mühasirəyə alınması nəticəsində aerodromdakı bütün təyyarələr ciddi şəkildə zərər görüb.
“Rusiya əsgərlərinin vandalizmi nəticəsində aerodromdakı bütün təyyarələr ciddi zərər görüb. Halbuki briqadanın şəxsi heyəti həmin təyyarələr vasitəsilə uçuş təlimləri keçirir, heyətin hazırlığı ilə məşğul olurdu. Rusiya hərbçiləri MİQ-29, MİQ-29UB və L-39 tipli təyyarələrin təkərlərini güllə ilə deşiblər, balta ilə kabelləri kəsiblər. Mühərrikin içərisinə isə daş parçaları, torpaq töküblər. Mühərrikdəki yağ və texniki maye boşaldılıb”, deyə açıqlamada bildirilir.
Qeyd edək ki, fevralın 28-də ən azı 150 nəfərdən ibarət naməlum silahlı şəxslər Simferopol və Sevastopol aeroportlarına daxil olublar. Sevastopoldakı “Belbek” aerodromu mühasirəyə alınıb.