Bakıda Rusiya Filmləri Həftəsi başlayır

Bakıda Rusiya Filmləri HəftəsiBakıda Rusiya Filmləri Həftəsi
Bu gün Bakıda Rusiya Filmləri Həftəsi başlayır. Azertaym.az-ın məlumatına görə, tədbirlə bağlı Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqı sədrinin birinci müavini Sergey Lazaruk, rejissor İqor Qriqoryev, aktrisa Mariya Semyonova, “Fest-film” studiyasının baş direktoru İrina Korçaginadan ibarət nümayəndə heyəti Bakıya gəlib.

Həftə 2012-ci ildə rejissor Andrey Malyukov tərəfindən çəkilmiş “Matç” filmini nümayişi ilə başlayacaq. Həftə çərçivəsində Pavel Ruminovun “Yanında olacağam”, Aleksey Andrianovun “Casus”, Avdotya Smirnovanın “İki gün” filmləri nümayiş olunacaq. Bundan başqa, tamaşaçılara İqor Qriqoryevin “Kino ərazisində müharibə” sənədli filmi, Georgi Daneliyanın “Ku! Kin dza-dza” tam metrajlı fantastik animasiya filmi və digər ekran əsərləri təqdim ediləcək.






Fikirlər