Rusiya 1000 il gözləməli olacaq

Rusiya 1000 il gözləməli olacaq
Rusiya ərazisində bütün yaşayış məntəqələri arasında yolların çəkilişi üçün 1000 il gözləmək lazımdır. Bu barədə Rusiyanın Regional İnkişaf naziri İqor Slyunyayev bildirib. Nazir qeyd edib ki, hazırda Rusiyada yarım milyon kilometr yol çəkilməlidir. “Biz hesablamışıq, bu qədər yolun çəkilməsinə 1000 il vaxt lazımdır. Çünki Rusiyada istər avtomobil, istərsə də dəmir yolu çəkilişi çox ləng aparılır”.
Nazir həmçinin qeyd edib ki, bu il Federasiya ərazisində cəmi 500 km yeni yol istifadəyə verilib ki, bu da olduqca kiçik rəqəmdir.






Fikirlər