NATO sammiti ərəfəsində Polşa iri miqyaslı hərbi təlimlərə başlayır
AzerTaym.az AzPolitika.info -a istinadən xəbər verir ki, NATO-nun qaşıdan gələn sammiti ərəfəsində Polşa miqyaslı hərbi təlimlərə başlayır. Xəbərdə qeyd olunur ki, hökumət, məktəblilərin də iştirak edəcəyi kütləvi səfərbərliyə start verib («Exo Moskvı»). «Anakonda» adlandırılan bu təlimlər 2006-cı ildən keçirilir. Builki təlimlər isə ölkə tarixində ən nəhəng hərbi tədbir olacaq. Hibrid təhdidlər şəraitində müdafiə əməliyyatları senrarilərinin məşq edilməsi yaxın günlərdə təlimlərin əsas məqsədinə çevriləcək. Tədbirin açılış mərasimi bazar ertəsinə planlaşdırılmışdı. Təlimlərdə həm də ABŞ və Britaniya hərbi qüvvələri iştirak edir. Ümumilikdə, təlimlərə 3 min vahid hərbi texnika, o cümlədən, 100 təyyarə və vertolyot, onlarla gəmi cəlb olunub. Bununla eyni zamanda ölkənin bütün ərazisində «kütləvi səfərbərlik» həyata keçirilir. «Frankfurter Allgemeine» nəşrinin məlumatına görə, məktəblərdə NATO-nun fəaliyyəti barədə şagirdlərlə söhbətlər aparılacaq. Bununla da şagirdlərdə antikommunist (oxu: Antirusiya – red.) təsəvvürlərin yaradılması nəzərdə tutulur. Beləliklə, əhalidə belə bir tarixi təsəvvür yaradılır ki, guya polyaklar sovet əsgərləri (oxu: Rusiya əsgərləri – red.) ilə döyüşür və sonda onqları məhv edir. Xatırladaq ki, NATO-nun sammiti iyulun əvvəlində Varşavada keçiriləcək.