Almaniya, Rusiyanı özünün əsas «RƏQİBİ» elan etdi!
AzerTaym.azAzPolitika.info-a istinadla xəbər verir ki, Almaniya hökuməti özünün milli təhlükəsizliyinə əsas təhdidlər sırasının yer aldığı «Ağ kitab»ın yeni redaksiyasında Rusiyanı əsas rəqib elan edib: «Rusiya Almaniya üçün həmkar yox, rəqibdir». «Die Welt» nəşri yazır ki, «Ağ kitab»ın yeni redaksiyaya görə, artıq Rusiya, Almaniya üçün əsas təhdidlər sırasına daxildir. Nəşr qeyd edir ki, 2006-cı ildən üzübəri «Ağ kitab»a dəyişiklik edilmirdi. Kitabın yeni redaksiyasında qeyd olunur ki, təhlükəsizlik sahəsində ətraf mühit «güclü dəyişikliyə məruz qalıb, hər şey mürəkkəbləşib, dəyişkən və çətin proqnozlaşdırılan olub». Sənəddə qeyd olunur ki, Rusiya, öz maraqlarını zorakılıqla yeritməyə hazırdır. Bu zaman, Krımda və Ukraynanın şərqində baş verən hadisələr önə çəkilir. «Rusiya, Qərdən üz döndərir – strateji rəqabəti və Avropa İttifaqı (Aİ) ilə sərhədlərdə özünün hərbi aktivliyini artırmağı öz plana çıxarır» – deyə, nəşr qeyd edir. Nəşrin yazdığına görə, hazırda «müharibə və sülh arasında sərhədlərin «yuyulub yoxa çıxması» istiqamətindəki hibrid instrumentlər və digər ölkələrə yönəlik «pozucu fəaliyyət» Almaniya hökumətində xüsusi narahatlıq doğurur. Rusiya, kursunun fundamental dəyişikliyə məruz qalmadığı halda, yaxın gələcəkdə Avropanın təhlükəsizliyinə ciddi təhdidə çevriləcək. Kitabın yeni redaksiyasında Rusiyadan başqa, Almaniyanın milli təhlükəsizliyinə əsas təhdidlər sırasında terrorçuluq, kibercinayətkarlıq, nəzarətsiz miqrasiya, millətçilik, sürətlə silahlanma, qlobal istiləşmə və epidemiyalar yer alıb. Kitab 80 səhifədən ibarətdir və müvafiq dövlət idarələri ilə birgə, müdafiə nazirliyi tərəfindən hazırlanıb. Sənəd, hökumət tərəfindən təsdiq və rəsmi surətdə təqdim olunmalıdır.