İki milyard insan məhv olacaq: Sabahın 10 DƏHŞƏTLİ MÜHARİBƏSİ – FOTOLAR

İnsanlar inanılmaz inkişafa nail olur və yeni texnologiyaları ixtira edirlər. Eyni zamanda bir-birini öldürməyə davam edirlər. Skeptiklər əmindirlər ki, dünya müharibənin kandarında dayanır. Onlar 10 potensial hərbi münaqişənin olduğunu bildirirlər. Qeyd edilir ki, sözügedən müharibələr yaxın vaxtlarda başlaya bilər.

 Publika.az hər an başlayacağı proqnozlaşdırılan müharibələri təqdim edir.

1. Rusiya və Çin arasında Sibir müharibəsi

Hazırda Çin və Rusiya Ural dağlarından şərqdəki ərazidə “böyük oyunçular”dır. Hər iki ölkə böyük ordulara və nüvə silahına malikdir. Hər ikisi əhalisi az olan, zəngin təbii resurslara malik böyük Sibirə iddia edir. Sibir çoxdandır ki, Çinin maraq dairəsindədir.

 

 Pekin bu gün artıq tarixi tələblərini bildirməyə başlayıb. Ən azından, çoxlu etnik çinlinin yaşadığı Sibirin şərq hissəsinə. Bu, Moskva üçün ən böyük problemdir. Sibirin ərazisi potensial Çin-Rusiya müharibəsinin dağıdıcı nəticələrinə şahidlik edəcək. Ya Çin ordusu Rusiyanın çox hissəsini geri alacaq və ya Moskva nüvə müharibəsinə başlayacaq. Hər halda, ölənlərin sayı bütün dünya üçün faciəvi nəticələrə gətirib çıxaracaq.

 2. Baltikyanı üçün müharibə

 Son zamanlar Avropa Rusiya ilə mümkün müharibənin başlama ehtimalı ilə əlaqədar olduqca narahat olmağa başlayıb. NATO-nun Avropadakı Müttəfiq Qoşunlarının ali baş komandanının sabiq müavini, britaniyalı general Riçard Şirrefin sözlərinə görə, bu, tamamilə mümkün ssenaridir. Şirref hesab edir ki, bunun mümkün səbəbi Rusiyanın NATO ölkələri ilə mühasirə olunmasını istəməməsidir.

 

 Britaniyalı generalın fikrincə, Moskva artıq 2017-ci ilin mayında Ukrayna vasitəsilə Rusiya ilə Krımı birləşdirən quru dəhlizi çəkəcək və bir neçə ay sonra Baltikyanı ölkələrə soxulacaq. Estoniya, Latviya və Litva NATO-nun üzvü olduğu üçün bu, Rusiya ilə Qərbin ağılsız müharibəsinə gətirib çıxara bilər. Bunun nə qədər təhlükəli olduğunu izah etməyə ehtiyac yoxdur.

 3. Şimali Koreya baharı

 Londonda olan yüksək vəzifəli Şimali Koreya diplomatı bu yay Cənubi Koreyanın tərəfinə keçdi. Bu Kim Çen Inın ifşasını göstərən hadisələrin zəncirində son halqa idi. “Smartfon”ların ucuz texnologiyaları çox onilliklər ərzində ilk dəfə ölkənin insanlarına qalan dünyada necə yaşadıqlarını görməyə imkan verdi. Ölkədə böhran baş verə bilər və aclıq 1994-cü illə müqayisədə yüngül gəzinti kimi görünəcək.

 

 Nəticədə, Koreya Xalq Demokratik Respublikasında inqilab baş verə bilər. İnsanlar küçələrə çıxa, ordu duşmənçilik edən qruplaşmalara bölünə bilər. Bu halda ölkədə cəhənnəm başlanacaq.

 4. Avropada İŞİD-in partizan müharibəsi

 İŞİD iqtisadi sarsıntılar və çoxsaylı dövlətlərin ordularının hücumları ilə iflas həddindədir. Amma gözləmək lazım deyil ki, terrorçular bununla barışacaqlar.

 

 Ehtimal ki, cihadçılar öldürücü partizan müharibəsinin köməyi ilə Avropada mübarizə aparacaqlar. Avropanın böyük şəhərləri dəfn yerlərinə çevrilə, küçələrdə hər gün partlayışlar və atış eşidilə bilər. Belə bir ssenaridən ilk olaraq Fransa və Belçika, daha sonra Almaniya və Böyük Britaniya zərər çəkəcək.

 5. Venesuelada vətəndaş müharibəsi

 Karakas küçələrində qanunsuzluq hökm sürür. Adi məişət mallarını almaq mümkün deyil, inflyasiya 500 faizdən yüksəkdir və tezliklə, 1600 faizə çata bilər. Ölkədə vətəndaşların etiraz aksiyaları, zorakılıq, korrupsiya, polisin qəddarlığı normal hala çevrilib. Bu anarxiya son nəticədə potensial vətəndaş müharibəsinə çevrilə bilər.

 

 Nikolas Maduro istefa vermək  istəmir, Venesuelanın ac və qəddar sakinləri silaha sarıla bilərlər. Həmçinin polis və ordudan kütləvi fərarilik mümkündür. Hətta çevriliş Venesuelada hadisələrin inkişafının ən yaxşı variantı ola bilər. Latın Amerikanın tarixi göstərir ki, belə bir addım dəhşətli miqyasda repressiyalar və qan tökülməsinə gətirib çıxaracaq.

 6. Çində ikinci mədəni inqilab

 Mao Zedong (1954-1959-cu illərdə Çin Xalq Respublikasının sədri – red.) zamanı mədəni inqilab amansız və dəhşətli idi. Təxminən 1,5 milyon insan həlak oldu. Milyonlarla insan şikəst edildi. Hər yerdə olan korrupsiya, xalq narazılığı və xəyanət hissi qətliama keçdi.

 

 Hazırda yüksək inkişafa baxmayaraq, Çində gün ərzində 500 etiraz aksiyası keçirilir. Əgər qəflətən növbəti maliyyə böhranı baş verərsə, o halda faciəli günlər yenidən qayıda bilər.

 7. Bosniya № 2

 1990-cı illərdə Bosniyada dəhşətli müharibə gedirdi. Etnik təmizləmələr zamanı təxminən 100 min mülki vətəndaş həlak oldu. 1995-ci ildə Bosniya və Herseqovina yaradıldı.

 

 Ölkə üç etnik qrupa ev sahibliyi edir: bosnaklar, serblər və xorvatlar. Serblər və xorvatlar hələ də bölünmək istəyirlər. Bosniyalılar əvvəlki kimi birlikdə yaşamaq istəyirlər. Serbiyanın lideri yaxın vaxtlarda hərfən “bu barıt çəlləyinə yanan kibriti atdı”. Etnik serblər “Bosniyadan ayrılmaq lazımdırmı?” sualı ilə referendumu keçirəcəklər. Bu səsvermə nəticəsində Bosniyada yenidən dəhşətli vətəndaş müharibəsi alışa bilər.

 8. Səudiyyə Ərəbistanında inqilab

 Səudiyyə Ərəbistanı “Ərəb baharı”ndan yüngül qorxu ilə canını qurtardı. Tunis və Misirdə diktatorlar devrildi, Suriya və Liviyada vətəndaş müharibəsi başlandı, Səudiyyə Ərəbistanında isə kral ailəsinin üzvləri hakimiyyəti tutmağı bacardılar. Ən azından indi. Amerika Vaşinqton İnstitutunun məlumatına görə, Səudiyyə Ərəbistanında vəziyyət Misir inqilabından əvvəl müşahidə olunan vəziyyətə oxşardır.

 

Millət partlamağa hazırdır. Neft qiymətləri ölkəni uçuruma gətirib çıxarıb. Ölkədə gənclər arasındakı işsizlik nəzarətdən çıxıb. Yerli milli azlıqlar qiyam edir, İŞİD döyüşçüləri yorulmadan hücum edirlər. Ölkədə inqilab baş verə bilər.

 9. Hindistan-Pakistan nüvə müharibəsi

 2008-ci ildə dünya məzarın bir addımlığında idi. Pakistan və Hindistan arasındakı qarşıdurma demək olar ki, nüvə müharibəsinə keçdi. Sonda, diplomatlar münaqişəni həll etməyi bacardılar. Amma ölkələr arasında münasibətlər əvvəlki kimi çox gərgindir. Əgər gələn dəfə hər şey başqa cür olarsa, bu, dünyanın axırı deməkdir.

 

 Hindistan və Pakistan arasındakı nüvə müharibəsi Mumbay, Dehli, Karaçi və İslamabadın yanmasına, on milyonlarla insanın istidən ölməsinə gətirib çıxaracaq. Nüvə qışı bütün Asiyanın əkin sahələrini məhv edəcək və kütləvi aclıq baş verəcək. Qiymətləndirmələrə görə, bu halda təxminən iki milyard insan öləcək. Hər iki ölkənin iddia etdiyi Kəşmirdəki vəziyyət qorxunc münaqişənin səbəbi ola bilər.

 10. Cənubi Çin dənizi və ya III Dünya Müharibəsi

 Çin-ABŞ müharibəsi daha qorxunc ola bilər, nəinki Pakistan-Hindistan müharibəsi. Xüsusilə, bu münaqişəyə Filippin, Cənubi Koreya, Yaponiya və bir çox başqa ölkələr cəlb edilərsə. Cənubi Çin dənizi ehtimal ki, III Dünya Müharibəsini alovlandıracaq.

 

 Son bir neçə il ərzində Çin dənizdə təcavüzkarlığı genişləndirir. Bu, əsasən ABŞ-ın müttəfiqi olan kiçik ölkələrə yönəlib. Amerika rəsmi xəbərdarlıqlar edir, Çin isə cavabında açıq təhdid edir. Əgər şifahi atışma müharibəyə keçərsə, o halda dünya məhv olacaq.






Fikirlər