"Sarika" təhlükəsi: hava limanları bağlandı

Çində dağıdıcı "Sarika" qasırğasının yaxınlaşması səbəbindən Xaykou şəhərində yeləşən "Meylan" aeroportundan 250-ə yaxın reys təxirə salınıb.
AzerTaym.az Unikal.org-a istinadən məlumat verir ki, bu barədə xəbər vilayət hakimiyyətinin rəsmi saytında yerləşdirilib.
Sinoptiklərin proqnozuna görə, bu qasırğa son onilliyin ən güclü və dağıdıcı qasırğası olacaq. Belə ki, başlayan güclü küləyin superqasırğaya keçməsi proqnozlaşdırılır.
Bundan başqa, Xaynan adası ətrafında xırda gəmilərin hərəkəti də dayandırılıb.






Fikirlər