Trampın iqtisadi komandası milyarderlərdən ibarətdir – SİYAHI
Donald Trump-ın iqtisadi komandasında yer alan Wall Street-in pul “ovçusu” milyarder Steven Mnuchin-in xəzinə, Wilbur Ross-un isə ticarət naziri olacağı gözlənilir. “Marja” xəbər verir ki, seçki kampaniyasıda tez-tez Wall Street-i tənqid edən ABŞ-ın 45-inci Prezidenti Donald Trump-ın xüsusilə iqtisadi siyasəti aparacaq heyətinin Wall Street karyeralı olmaları diqqəti çəkir. Siyasi keçmişi olmayan və iş adamı kimi tanınan Trump-ın ABŞ iqtisadiyyatının sürətlə artmaması problemindən FED-in tətbiq pul siyasətlərinə və qlobal ticarətə qədər atacağı addımlar, dünyanın digər inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarını da yaxından maraqlandırır. Bəs Trump iqtisadi siyasəti kimlərə əmanət edəcək? STEVEN MNUCHIN: Xəzinə (Maliyyə) naziri olması gözlənilir Keçmiş Goldman Sachs rəhbəri olan Mnuchin-in, maliyyə naziri olacağı gözlənilir. Trump-ın kampaniyasının maliyyə direktoru olan Mnuchin üçün, Trump, “İqtisadiyyatda ən üstdə rol alacaq” – demişdi. Mnuchin, keçmişdə Corc Sorosun (George Soros) fond menecerləri qrupunda idi. THOMAS BARRACK: “Zidd” investisiyaları ilə tanınır Əmlak investisiya şirkəti Colony Capital-ın rəhbəri olan Barrack-ı Forbes Jurnalı “zidd” olaraq adlandırır. Bunun səbəbi isə şirkətinin apardığı maraqlı investisiyalardır. Neverlanddakı ferma Barrack-ın sahib olduğu qeyri-adi aktivlərdən yalnız biridir. WILBUR ROSS: Ticarət naziri olacağı gözlənilir Wilbur Ross, Trump-ın nazirlik üçün işarə etdiyi digər bir milyarderdir. Ross-u, Forbes “problemli aktivlərə investisiya yatıran investor” kimi xarakterizə edir. Eyni zamanda, o, yaxşı birincəsənət əsərləri koleksiyoneridir. Bəziləri onu ticarət nazirliyi üçün vahid ad kimi görür. DANIEL DIMICCO: ABŞ-ın ən böyük metalçısı Hazırda Nucor Corporation-ın sədri, Amerikanın ən böyük metal istehsalçısı, Dan DiMicco, Trump-ın məsləhətçiləri arasında bir neçə sənayeçidən biridir. Trump-ı şəxsi olaraq tanımır, amma kampaniyanın kommersiya məsləhətinə qatılmışdır. Hedc fondu Milyarderi JOHN A. PAULSON: 2008 böhranında 4 milyard dollar qazanıb John A. Paulson, Trumpın rəsmi iqtisadiyyat məşvərət məclisində ən yaxşı tanınan adlardan biridir. Wall Street-in qarşıya çıxan digər bir adıdır. Hedc fondu meneceri olan Paulson, ABŞ mənzil bazarının 2008 maliyyə böhranından əvvəl dağılacağını nəzərdə tutaraq bu proqnoz sayəsində milyardlarla dollar pul qazanan bir adamdır. O dövrdə bütün dünya çökərkən, Paulsonun fondu 4 milyard dollar qazanmışdı.