Məşhur tarixçi alimdən şok iddia - Tramp tezliklə gedəcək...
ABŞ-da 1984-cü ildən bəri prezident seçkilərində hansı namizədin qazanacağını doğru təxmin edən və son olaraq da Donald Trampın zəfərinə dair uzaqgörənliyində haqlı çıxan tarixçi və siyasi analitik Allan Lixtman şok iddia ilə çıxış edib. BakiPost.az xarici KİV-lərə istinadən xəbər verir ki, 69 yaşlı tarixçi, Trampın inaqurasiya mərasimindən bir müddət sonra vəzifədən uzaqlaşdırılacağını proqnozlaşdırıb. O, hər dəfə istinad etdiyi sistemə deyil, öz intuisiyasına əsaslananaraq belə iddia irəli sürüdüyünü açıqlayıb. Məlumat üçün bildirək ki, siyasi analitik hər zaman "Ağ Evin açarları” adlandırdığı sistemə əsasən proqnozlar verir və hər biri düz çıxır.