Kadırov: “Günahımı boynuma alıram”

 Kadırov: “Günahımı boynuma alıram”

Çeçenistan rəhbəri Ramzan Kadırov yaxın vaxtlarda Belarusa səfər edəcəyini açıqlayıb. 

Axar.az xəbər verir ki, bu haqda məlumatı Kadırov öz Tvitter səhifəsindən paylaşıb. “Hörmətli Aleksandr Qriqoryeviç! Günahımı boynuma alıram, sizin iş qrafikiniz imkan verən vaxtda Miskə gəlməyə hazıram. Sizi isə Çeçenistanda hər zaman gözləyirik”, - Kadırov qeyd edib. 

Bu barədə Belarus-1 kanalına da danışan R.Kadırov bildirib ki, səfərə iki dəfə hazırlaşıblar: “Bizi dəvət ediblər, mütəxəsislərimiz müxtəlif istiqamətdə işləyib, ancaq çox təəssüf, cürbəcür səbəblərdən bu səfər alınmayıb. Ancaq Belarus rəhbərliyi üçün mübafiq zamanda mən mütləq Minskə səfər edəcəyəm”. 

Qeyd edək ki, ötən həftə Belarus Prezidenti Lukaşenko Çeçenistan rəhbərinin indiyə qədər Minskə səfər etmədiyindən təəssüfünü bildirmişdi. Lukaşenko Belarusun Çeçenistanın iqtisadi imkanlarını öyrənməyə və ikitərəfli əlaqələri genişləndirmək üçün ora mütəxəssislər göndərməyə hazır olduğunu vurğulamışdı.






Fikirlər