07.02.2014. - Kadırov Suriya səhra komandirini öldürtdürdü
"Bu gün Suriya Alepposunda növbəti dəfə dinc əhaliyə qarşı soyğunçuluq əməlləri edən zaman vəhabi şeytan Ruslan Maçalikaşvili(Sayfulla) nəhayət ki, öz layiqli sonuna çatdı" - deyə Kadırov yazıb (müəllifin bütün orfoqrafiya və punktuasiyaları saxlanılır).
Onun sözlərinə görə, Sayfulla Suriyadakı vəhabi bandalarından birinin rəhbəri olub, onun hesabında çoxlu günahsız adamların öldürülməsi, soyğunçuluqlarla yanaşı, islam müqəddəslərinin məzarlarının dağıdılmaları da var.
"Maçalikaşvili internetdə dəfələrlə səslənib ki, hardadır Kadırovun xüsusi təyinatlıları, onları görüşə dəvət edib. Quldurlar bilmirlər ki, Kadırovun döyüşçüləri yerin hər bir nöqtəsində var, şeytanları düz ayaqlarının altından partlada bilərlər. Şeytanın çağırışı görünür eşidilib və ölüm qulduru haqlayıb. Buna layiq idi, onu da aldı", - Kadırov əlavə edib.
Əvvəlcədən xəbər verilmişdi ki, Kadırov nazirlərdən birini, qızı Suriyaya vurşmağa getdiyinə görə istefaya göndərib.