24.01.2014. - Prezident qızına xeyir-dua verdi

24.01.2014. -   Prezident qızına xeyir-dua verdi
24.01.2014. -   Prezident qızına xeyir-dua verdi
Özbəkistan prezidenti qızı ilə barışıb.
AzerTaym.az yerli mətbuata istinadən xəbər verir ki, Özbəkistan prezidenti İslam Kərimov böyük qızı Gülnarə Kərimovanı son bir neçə ay ərzində ilk dəfə qəbul edib. Prezident yeni layihələrin dizaynı ilə bağlı qızına xeyir-dua verib.
Özbəkistan mətbuatının yaydığı məlumata görə, isə prezident Kərimov qızı ilə yanvarın 2-də də bir araya gəlib. Gülnarə Kərimova isə bu məlumatı Twitterdən təsdiqləyib.

Gülnarə Kərimova müsahibəsində bildirib ki, uzun müddətdən sonra ilk dəfə yanvarın 2-də atası ilə görüşüb və onunla uzun bir söhbət edib. Nə barədə danışdıqlarını açıqlamaq istəməyən prezident qızı İslam Kərimova deyilənlərin onu şoka saldığını bildirib. Nəticədə İslam Kərimov yeni layihələrin dizaynı ilə bağlı qızına xeyir-dua verib.
Xatırladaq ki, Özbəkistanda G.Kərimovanın adı ilə bağlı biznes və ictimai strukturlar dövlət strukturları tərəfindən təqiblərə məruz qalıb. Bir il içərisində ailəsinin bütün üzvləri demək olar ki, ona qarşı çıxıb. Şirkətləri bir birinin ardınca bağlandı, bank hesabları dondurulub. Xüsusilə, bir sıra televiziya və radio stansiyaları öz yayımını dayandırıb. Onun hətta ölkədən kənarda olan evlərində də yoxlamalar aparılıb.
Prezidentin qızı atası ilə münasibətlərinin korlanmasında doğma ana və bacısını ittiham edirdi.






Fikirlər