Hüsnü Mübarək azadlığa ÇIXDI
Misirin eks-prezidenti Hüsnü Mübarək azadlığa çıxıb. Misirin Baş Prokurorluğu Hüsnü Mübarəkin azadlığa çıxması buraxılması barədə Kassasiya Məhkəməsinin 13 mart tarixli qərarına müsbət rəy verib. Məhkəmə Hüsnü Mübarək nümayişçilərin ölümündə günahının olmadığı barədə qərar qəbul edib. AzerTaym.az
Hüsnü Mübarək Misirin 4-cü prezidenti olub. O, 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib.
2011-ci il yanvar ayının 24-də Misirdə Hüsnü Mübarəkin əleyhdarlarının genişmiqyaslı etiraz aksiyaları başlayıb. 11 fevral 2011-ci il tarixində prezident postundan gedib. Daha sonra bir neçə ittihamla ömürlük həbs cəzasına məhkum edilmişdi.