Hüsnü Mübarək azadlığa ÇIXIR
Misir Baş prokurorluğu keçmiş ölkə prezidenti Hüsnü Mübarəkin azadlığa çıxmasına razılıq verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mart ayında Misir Kassasiya Məhkəməsi də keçmiş prezidentə tam bəraət vermişdi. Mübarək 2011-ci ilin yanvar ayında başlayan iğtişaşlar zamanı devrilmişdi. O, etirazçılara atəş açmaq barədə göstəriş verməkdə təqsirləndirilirdi.