03.06.2014.- Misir Mərdanovdan 100 minlik rüşvət açıqlaması

03.06.2014.- Misir Mərdanovdan 100 minlik rüşvət açıqlamasıAzərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin sabiq idarə rəisi İsaxan Babayevə qarşı 100 min manatlıq dələduzluq edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
"AzerTaym.az" xəbər verir ki, M.Mərdanov Publika.az-a açıqlamasında deyib:
“Mən bu məsələ ilə bağlı maraqlanıb öyrəndim. Deməli, o adamı mən təhsil naziri vəzifəsindən gedəndən sonra işdən çıxardıblar. O, yerinə qayıtmaq üçün kiməsə 100 min pul verib. Bu hadisə də məndən sonra baş verib. İsaxan Babayevi isə elə yaxşı tanımıram. Çünki onunla az işləmişəm. O, Təhsil Nazirliyinin Tikinti İdarəsinin rəisi olub”.

Xatırladaq ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İsaxan Teymur oğlu Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ilin may ayında Nəsimi rayonu ərazisində Ağdur adlı şəxsə (soyadı bilinmir) 100 min manat pul verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib. Lakin sonuncu pulu alaraq vədinə əməl etməyib.

Onu da bildirək ki, İsaxan Babayev 2011-ci ildə vəzifəyə təyinat alıb. Lakin Misir Mərdanov təhsil naziri vəzifəsindən getdikdən sonra İ.Babayev də işdən çıxarılıb.






Fikirlər