Əsəddən şok açıqlama: “Suriya xəritədən SİLƏNƏCƏK”

Картинки по запросу bəşər əsəd gifs

"Avropa ölkələri özləri terrordan xilas olmaq istəyirlərsə, Suriyada quldur dəstələrinə dəstək göstərməkdəm imtina etməlidir”.

AzerTaym.az  xəbər verir ki, bunu Xorvatiyanın "Veçerni List” qəzetinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.
Onun sözlərinə görə, Fransanın Suriyada dövlət əleyhinə vuruşan silahlı qruplaşmaları dəstəkləməyə başlamasından sonra Dəməşq və Avropa dövlətlərinin xüsusi xidmət orqanları arasında əlaqələr dayandırılıb.
"Əgər siyasi düşmənçilik mövcuddursa, terrorizmlə mübarizə üzrə əməkdaşlıqlar ola bilməz”, - Əsəd vurğulayıb.
Suriya ordusunun Rusiya, İran və "Hizbullah”ın dəstəyi ilə böyük uğurlar qazandığını deyən prezident qeyd edib ki, hazırda ölkədə 100 mindən çox terrorçu var.
"Bizim qələbə qazanmaqdan başqa yolumuz yoxdur. Əks halda, Suriya Yaxın Şərqin xəritəsindən silinəcək”, – deyə Bəşər Əsəd vurğulayıb. //Publika.az






Fikirlər