Türkiyədə yüksək vəzifəlilər hamısı eyni vaxtda öldürülməli idi - “Sui-qəsd” QRUPU

Türkiyədə yüksək vəzifəlilər hamısı eyni vaxtda öldürülməli idi - “Sui-qəsd” QRUPU

Türkiyədə Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı son əməliyyyatın gedişatında ələ keçirilən SD kart təşkilatın bu günə qədər ortaya çıxmamış üzvlərini və planlarını deşifrə edib.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, son əməliyyat FETÖ-nün dövlətin yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd planlaşdırdığı ortaya çıxıb.

Son əməliyyatla işdən uzaqlaşdırılan polislər arasında Prezident Sarayının, o cümlədən prezident və onun ailəsinin təhlükəsizliyini qoruyan Mühafizə Xidməti, parlament və Baş nazirlik binasının təhlükəsizliyinin təmin edən mühafizə xidmətlərində çalışanlar da var. Əməliyyat həmçinin Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən FETÖ-cü polis məmuru Mövlud Mərd Altıntaş kimi bu günə qədər təşkilatla əlaqələri ifşa edilməyən polislərin də hərəkətə keçməsinin qarşısını alıb.

Əməliyyat zamanı ələ keçirilən və adı gizli saxlanılan FETÖ imamından götürülən 64 GB-lıq SD kartının parolla mühafizə olunmaması diqqət çəkib. Kartda vəzifədən uzaqlaşdırılan 9103 polisin adları və bağlı olduqları imamlara dair ətraflı məlumatlar var idi.






Fikirlər