Türkiyə polisi İzmirdə daha dəhşətli faciənin qarşısını alıb - TƏFƏRRÜAT

293887

Bu gün İzmirdə terroçular tərəfindən törədilən partlayışla bağlı yeni detallar gəlməkdə davam edir. Türkiyə mediası xəbər verir ki, terrorçuların gəlişindən vaxtında xəbər tutulması daha böyük bir faciənin qabağını alıb.

Belə ki, İzmirdə məhkəmə binasının hakim və prokurorların istifadə etdikləri C blokuna polislər iş saatının bitdiyi vaxtlarda, şübhəli bir yük maşının yaxınlaşdığını görüb. Terrorçuların niyyətini duyan polis dərhal atəş açmağa başlayıb. Təhülkəsizlik qüvvələri müdaxilə edincə terrorçular maşından tullanıb onu partladıblar. Partlayışdan sonra ba. verən atışmada 2 terrorçu öldürülüb. Birinin isə tutulması ilə bağlı axtarış tədbirləri davam edir.

Terrorçular silahlarını gitara çantasında gətiriblər.

Son məlumatda bildirilir ki, hadisə zamanı mühafizəçi polis və ədliyyə məmuru şəhid olub.

 






Fikirlər