Türkiyədə növbəti terror: İzmirdə məhkəmə qarşısında partlayış törədən 2 terrorçu öldürüldü - FOTOLAR, VİDEO

Türkiyədə növbəti terror: İzmirdə məhkəmə qarşısında partlayış törədən 2 terrorçu öldürüldü - FOTOLAR, VİDEO

Türkiyədə daha bir terror hadisəsi baş verib.

Strateq.az NTV kanalına istinadən xəbər verir ki, İzmirin ədliyyə binasının girişində, daha dəqiqi, personal və vətəndaşların istiifadə etdiyi "C" qapısının önündə bir maşın partladılıb. Əraziyə xeyli sayta təcili yardım və yanğınsöndürən maşınlar cəlb olunub.Hələlik hadisənin təfərrüatı və hadisə nəticəsində yaralı və ya ölənlər haqda məlumat verilmir. Ərazi polislər tərəfindən ciddi nəzarətə alınıb. Bu dəqiqələrdə verilən ilkin məlumata görə, ən azı 3 nəfər yaralanıb. Partlama səbəbindən ərazidə xeyli bina və obyektlərə də zərər dəydiyi bildirilir. İlkin məlumata görə, maşını partladan terrorçu ərazidən qaça bilib. Hətta hadisə yerində polislə terrorçunun atışdığı da deyilir. 17.37. Son məlumata görə, avtomat silahlı iki terrorist polislə açıq döyüşə girib, onlardan biri ədliyyə binasına girmək istəsə də, polis gülləsi ilə öldürülüb. 17.45. Bu dəqiqələrdə verilən məlumata görə, yaralıların sayı 6 nəfərdir. Onlardan 3-nün ədliyyə binasının giriş qapısında yaralandığı açıqlanıb. Ölən yoxdur. 17.50. "Anadolu" agentliyinin xəbərinə görə, ərazidə 2 terrorist öldürülüb, 3-cü şəxsin də sağ və ya ölü ələ keçirillməsi yönündə əməliyat davam edir.  17.55. Son məlumata görə, aralarında biri polis olmaqla yaralı sayı 10 nəfərə çatıb. 1 yaralı ağır vəziyyətdədir. 18.00. Hazırda terroru törətməkdə şübhəli bilinən 3-cü şəxsin axtarışı davam edir. Bəzi iddialara görə, hadisə yerində bir deyil, 2 maşın partladılıb…






Fikirlər