Belçikanın paytaxtı Brüsseldə hava limanı və metro partladıldı: 11 ölü, 30 yaralı - VİDEO, FOTOLAR, YENİLƏNİR

 Brüssel aeroportunda partlayış - 17 ölü, 25 yaralı + Video +

Belçikanın paytaxtı Brüssel şəhərində iki partlayış baş verib.

Musavat.com-un Türkiyənin NTV kanalına istinadən verdiyi məlumata görə, partlayış Brüsselin hava limanında törədilib. 
Belçika rəsmiləri bu partlayışların terror aktı olduğunu bildiriblər.
İlkin məlumatlara görə, 11 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Hava alanındakı sərnişinlər evakuasiya edilib.
Terrorda yaralananlar hava alanının yaxınlığında olan bir otelə yerləşdiriliblər. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Belçikada hazırda ciddi çok yaşanır. Çünki iki partlayışın törədildiyi hava limanı Brüsselin ən ciddi çəkildə mühafizə edildiyi ərazidə yerləşir. 
Belə ki, hava limanının yaxınlığında NATO-nun Baş Qərargahının mərkəzi ofisi və Avropa Parlamentinin binası da daxil olmaqla, bir çox önəmli dövlət idarələrinin binaları yerləşir.
İlkin ehtimallara görə, partlayışların İŞİD terror təşkilatı tərəfindən törədildiyi bildirilir.
Bu terror aktlarından sonra Brüsseldə metro da daxil olmaqla, bütün nəqliyyatın hərəkəti dayandırılıb.
Polis orqanları növbəti partlayıçların ola biləcəyini istisna etmirlər və bu səbəbdən də ölkə paytaxtını tam nəzarətə almağa çalışır.
Son məlumata görə, Brüssel metrosunun stansiyalarından birində də partlayış törədilib. Partlayış nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.
Bu 3-cü partlayışın törədildiyi metro stansiyasının Avropa Birliyi banasının yaxınlığında olduğu qeyd edilir.
Musavat.com
 






Fikirlər