Türkiyədə canlı bomba özünü partlatdı - 3 şəhid, 8 yaralı + Yenilənib
Türkiyə polisi Qaziantepin Şahinbəy vilayətində terrorçuların olduğu evlərdən birinə qarşı antoterror əməliyyatı keçirib. “Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı yaxalanacağından qorxan canlı bomba özünü partladıb. Hadisə nəticəsində polis və mülki şəxslər daxil olmaqla 10 nəfər yaralanıb. Hazırda ikinci canlı bomba ilə polis arasında atışma gedir. Əraziyə çoxsaylı təcili tibbi yardım avtomobilləri və yanğınsöndürənlər cəlb olunub. *** Hadisə nəticəsində 2 polis şəhid olub. *** Terrorçunun özünü partlatması nəticəsində 3 polis şəhid olub, 4-ü Suriya vətəndaşı olmaqla 8 nəfər xəsarət alıb.