Türkiyədə 16 vilayətin polis rəisi dəyişdirildi Korrupsiya və rüşvət əməliyyatı çərçivəsində aparılan tədbirlər rəsmi Ankarının təsdiqindən sonra icra olunub
Azertaym.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, korrupsiya və rüşvət əməliyyatı çərçivəsində aparılan tədbirlər rəsmi Ankarının təsdiqindən sonra icra olunub.
Siyahıya görə Ümumi Polis rəisi müavini Muammer Buca, Adana Polis rəisi Ahmet Zeki Gürkan, Ankara Polis rəisi Qədr Ay, Antalya Polis rəisi Mustafa Sağlam, Bursa Polis rəisi Əli Osman Kahya, Diyarbakır Polis rəisi Rəcəb Güvən, Ərzurum Polis rəisi Halit Turqut Yıldız, Gaziantep Polis rəisi Ömər Aydın, Hatay Polis rəisi Raqıp Qılınc, İzmir Polis rəisi Əli Bilkay, Kocaeli Polis rəisi Hulusi Çelik, Malatya Polis rəisi Mustafa Aygün, Mersin Polis rəisi Arif Öksüz, Sakarya Polis rəisi Mustafa Aktaş, Samsun Polis rəisi İsmayıl Türkmenli və Trabzon Polis rəisi Ertan Yavaş vəzifəsindən uzaqlaşdırılıb.
Bu polis rəsmilərinin əvəzinə isə yeni təyinatlar edilib.