Netanyahu bu ölkəyə getsə, HƏBS OLUNACAQ
İsrail Baş naziri Benyamin Netanyahu barəsində həbs qərarının verildiyi iddia edilir. Axar.az xəbər verir ki, bu barədə İspaniya məhkəmələrindən birinin qərar verdiyi bildirilib.
Qeyd edilir ki, İsrail hərbçilərinə 2010-ci ildə Qəzzaya yardım aparan "Mavi Mərmərə" gəmisinə hücum əmrini verən Netanyahu və yeddi hökumət rəsmisi İspaniyaya gedərsə, həbs ediləcəklər.