İsrailin BİRİNCİ xanımı KORRUPSİYA İTTİHAMI ilə saxlanıldı

İsrailin baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu hökumət büdcəsi vəsaitini şəxsi məqsədlər üçün xərclənməsi ittihamına görə ikinci dəfə istintaqa ifadə verib.

 Azərtaym.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bununla da İsrailin birinci xanımı Sara Netanyahu son 5 gündə ikinci dəfə sorğulanıb.

“Jerusalem Post” qəzetinin xəbərinə görə, Sara Netanyahu İsrail polisinin korrupsiya ilə mübarizə aparan “Lahav 433” tağımı tərəfindən ifadə vermək üçün mərkəzə gətirilib. Sara Netanyahu hökumət binasında saxlanılan dövlət əşyalarını şəxsi işləri üçün istifadə etməkdə və dövlət vəsaitini şəxsi məqsədlər üçün xərcləməkdə ittiham olunur.

Bundan əlavə, S.Netanyahu xarici dövlət adamlarının ona verdiyi hədiyyələri Baş Nazirliyə təqdim etmək və dövlət xəzinəsinin qeydiyyatına salmaq əvəzinə, onları şəxsi evində saxlamaqda da günahkar bilinir.

Xatırladaq ki, Sara Netanyahu bu il yanvarın 1-də eyni ittihamla ilk dəfə olaraq 6 saat sorğu-sual edilib






Fikirlər