Qətər ərəb ölkələrinin tələblərinə dair danışıqlara BAŞLAMAGA HAZIRDIR

Qətər əmiri Tamim bin Həməd əl-Tani və Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Əl Saud arasında telefon danışığı olub. Söhbət rəsmi Dohanın təşəbbüsü ilə baş tutub.

APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının rəsmi “SPA” agentliyi məlumat verib.
Məlumata əsasən, söhbət zamanı Qətər əmiri ərəb ölkələrinin tələblərinə dair danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Səudiyyə Ərəbistanının şahzadəsi əmirin təklifini alqışlayıb. Söhbətin detallarının az sonra açıqlanacağı bildirilir.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətərlə diplomatik və iqtisadi münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Daha sonra adıçəkilən ölkələr Qətərə 13 bənddən ibarət ultimatum veriblər. Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib.






Fikirlər