Səudiyyə Ərəbistanının şahzadəsinə qarşı uğursuz sui-qəsd CƏHDİ OLUB
Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman əl-Səuda qarşı uğursuz sui-qəsd cəhdi olub. "Report"un məlumatına görə, bu barədə "Fars" agentliyi Səudiyyə Ərəbistanının kütləvi informasiya vasitələrinə istinadən xəbər verib. Bildirilir ki, şahzadə Məhəmməd hadisə zamanı zərər çəkməyib. Amma sui-qəsd etmiş şəxs saxlanılıb. Agentliyin qeyd etdiyi kimi, Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdül Əziz əl-Səudun beş ay ərzində taxtı oğluna verəcəyi gözlənilir. Salman iki ay müddətinə Mərakeşə məzuniyyətə aya getmək niyyətindədir. Bu zaman onun vəzifələrini varisi -şahzadə icra edəcək.