Səudiyyə şahzadəsi yaxta alıb - 880 milyona
Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman əl-Səid rusiyalı milyarder Yuri Şeflerdən 500 milyon avroya (təxminən 880 milyon manat) Serena adlı yaxta alıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Yaxtanın uzunluğu 134 metrdir. O “Super Yachts-2016” reytinq siyahısında 14-cü yeri tutur. Jurnalistlərin məlumatına görə, Məhəmməd ibn Salman əl-Səid Fransada istirahət zamanı Serena yaxtasını görüb və dərhal onu almaq istəyib. Tərəflər arasında saziş elə həmin gün bağlanıb.