Özbək əsilli milyarder 156 METRLİK yaxta alıb
Özbək əsilli milyarder Əlişir Usmanovun yeni yaxtasına eyni zamanda 120 nəfər yerləşə bilər. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Almaniyadakı limanı ötən həftənin şənbə günü tərk etmiş yaxtanın sahibi çoxprofilli USM Holdings şirkətinin sahibi, özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovdur. 156 metr uzunluğunda yaxtanı o, 600 milyon dollara alıb. Özünün yeni nəqliyyat vasitəsinə milyarder anasının adini verib – “Dilbər”. Usmanovun bundan əvvəlki yaxtası 2008-ci ildə alınmışdı. Onun dəyəri nisbətən ucuz qiymətləndirilirdi– 100-200 milyon avro civarında.