Fərhad Əhmədov 80 nəfərin bank borcunu ÖDƏDI

Azərbaycanlı milyarder 80 min borcu bağışladı. Teymur Əhmədov adına Göyçay "AzNar" konsernin sahibi Azərbaycan əsilli milyarder Fərhad Əhmədovun təxminən 10 gün əvvəl anası dünyasını dəyişib. 

"AzerTaym.az" interaz-a istinadən məlumat verir ki,məhz bu səbəbdən Göyçaya gələn Fərhad bəy, anasının yas mərasimində iştirak etdikdən sonra zavodda çalışan 150-ə yaxın işçisindən (nar mövsümündə 300-350 işçi çalışır) 80-dən çoxunun bank borcu olduğunu öyrəndikdən sonra onların hamısının borclarını bağlayıb. Deyib ki, anamın xatirəsinə bundan gözəl ehsan ola bilməz.
 






Fikirlər