Milyarderlər Moskvada MƏSKƏN SALIB...

Rusiyada maliyyə böhranına baxmayaraq, Moskva dünya milyarderlərinin yaşadığı üçüncü şəhərdir.

 «The Newsweek» bunu müstəqil beyin mərkəzi olan Hurun İnstitutunun hesabatına əsasən yazır. Hesabata görə, ötən il ancaq Pekin və Nyu-York milyarderlərin sayı üzrə Moskvanı qabaqlayıb.

Sərvəti bir milyard dolları aşan 66 nəfər Rusiya paytaxtında yaşayır. Bu, ötən ildəkindən 7 nəfər azdır. Düşüşə baxmayaraq, Moskva Honq- Konqu (64) və Şanxayı (50) üstələyib.

Moskvanın ən varlı şəxsləri arasında nikel və neft maqnatı Vladimir Potanin və polad maqnatı Vladimir Lisinin adlarına rast gəlinir, hərəsinin var-dövləti 10 milyard dolları aşır.Özbəkistan kökənli Əlişir Usmanov, Ukraynada doğulmuş biznesmen Viktor Vekselberq də Moskva oliqarxlarındandır.

Pekində 100, Nyu-Yorkda isə 95 milyarder yaşayır.2014-cü ildə siyahıya Moskva başçılıq edirdi, 76 milyarderi vardı. Ancaq neftin qiyməti düşəndən, rubl ucuzlaşandan rusiyalı milyarderlərin ümumi sərvəti 36 faiz azalıb, 234 milyard dollara düşüb.Ümumilikdə isə, hazırda dünyada rekorda sayda -, 2 min 188 milyarder var. Onların ümumi sərvəti 7 trilyon dollardan çoxdur.






Fikirlər