Azərbaycanlı milyarderlərin 2018 planları...

Azərbaycanlı milyarderlərin 2018 planları...Azərbaycandan olan yəhudi milyarderlər Qod NisanovZarah İliyev, habelə onların ortaqları İlham Rəhimovun Moskvada ucaltdıqları göydələnin tikintisi 2018-ci ilə, futbol üzrə dünya çempionatına qədər hazır olmalıdır.

Virtualaz.org saytı xəbər verir ki, “Kiyevskaya ploşad” Qapalı Səhmdar Cəmiyyətinin təsisçiləri, “Yevopeyskiy” ticarət mərkəzinin və digər çoxsaylı daşınmaz əmlak biznesi aktivlərinin sahibi olan ortaqlar “Moskva-City” göydələninin tikintisi üçün maliyyə axtarırlar.

Milyarderlərə yaxın qaynaq bildirib ki, layihənin həmin vaxta qədər başa çatdırılması Rusiya, yaxud beynəlxalq maliyyə bazarından maliyyənin cəıb edilməsindən asılı olacaq.

İnvestorlar binanın öz göstəricilərinə görə dünyanın beş ən yaxşı göydələnlərindən biri sırasına daxil olmasını və “LEED Platinium” sertifikatını almasını planlaşdırırlar. Layihənin maraqlı tərəflərindən biri də budur ki, bu binada sakinlər lift gözləməyə çox vaxt itirməyəcəklər. Binada bütün liftlər iki kateqoriyaya bölünəcək - adi sakinlər və VİP sakinlər üçün.

Birinci kateqoriyaya daxil olanlar üçün lifti 30 saniyədən çox gözləmək lazım gəlməyəcək. VİP sakinlər isə ən çoxu 5 saniyə lift gözləyəcəklər.

Həmçinin binada unikal ikimərtəbəli lift və damda vertolyot meydançası da olacaq.

Sakinlər üçün 2 min maşın yerinə malik dayanacaq da nəzərdə tutulub. “Moskva-City”layihəsinə daxil olan həmin 15 nömrəli tikinti sahəsini 2011-ci ildə Nisanovun və İliyevin maraqlarını təmsil edən “Grand Titul” şirkəti satın alıb. Həmin vaxt binanın özülü də qoyulmamışdı. Orada 75 min kvadratmetr sahəsi olan biznes-mərkəz, 5 min kvadratmetrlik sərgi mərkəzi, 75 min kvadratmetr otaq sahəsi olan otel, 70 min kvadratmerlik apartamentlər yerləşəcək.

Hazırda tikintinin sıfır mərhələsi, yəni katlavanın qazılması və özülün qoyulması mərhələsi başa çatıb.

Milyarderlər İliyev, Nisanov və Rəhimov (Putinin tələbəlik dostu) Rusiyanın ən iri daşınmaz əmlak sahibləridir. Onların ofislərin və ticarət mərkəzlərinin icarəyə verilməsindən illik gəliri 1,3 milyard dollara yaxındır.






Fikirlər