395 milyon avroluq sövdələşmə

395 milyon avroluq sövdələşməÇexiyanın nəhəng tikinti şirkəti PSJ Hacı İbrahim Nehrəmli kimi tanınan iş adamı, “Avesta” konserninin sahibi İbrahim İbrahimovun “Xəzər adaları”ından birini alıb.

Virtualaz.org saytı Çexiya KİV-lərinə istinadən xəbər verir ki, şirkət “Xəzər adaları”ına daxil olacaq 41 adadan birinə dair müqavilə bağlayıb. Müqaviləyə əsasən PSJ həmin adada 4 binadan ibarət yaşayış kompleksi yerləşəcək,kompleksin inşasını çex şirkəti həyata keçirəcək. Müqavilənin ümumi dəyəri 395 milyon avrodur.

“Biz bütün adaya dair müqavilə bağlamışıq və orada dörd yaşayış binası inşa ediləcək. Hazırda birinci binanın tikintisi üçün maliyyə mənbələri tapmağa çalışırıq. Bu binanın tikintisi 100 milyon dollara başa gələcək” - deyə şirkətin ixrac bölməsinin rəhbəri Yaroslav Jirkovski bildirib.

Çexiya KİV-ləri qeyd edir ki, Azərbaycanda bağlanan müqavilə PSJ şirkəti üçün Rusiya və Ukraynada azalan müqavilələrin yerini doldurmağa kömək edəcək. İki ölkə arasında münaqişə başlayandan sonra PSJ-nin işləri zəifləyib. Şirkət Kiyevdə 100 milyon avroluq ticarət mərkəzinin tikintisini dayandırmalı olub.

Hacı İbrahimin “Xəzər adaları” layihəsinin ümumi dəyəri 100 milyard dollardan çox göstərilir. Nehrəmli iş adamı bu layihə ilə bağlı geniş reklam kampaniyası aparsa da hələlik onun Xəzərdə süni adalar üzərində 1 milyonluq şəhər salmaq ideyasının həyata keçirilməsi yönündə çox az iş görülüb. İş adamı vəd vermişdi ki, layihənin açılışı bu ilin mayında olacaq. Lakin göstərilən tarixdə açılış mərasimi olmadı.






Fikirlər