30.01.2014. - Hacı İbrahim dənizdəkiı şəhərdə mənzilin 1 kv.metrini 4 min manata satacaq

30.01.2014. -  Hacı İbrahim dənizdəkiı şəhərdə mənzilin 1 kv.metrini 4 min manata satacaq
30.01.2014. -  Hacı İbrahim dənizdəkiı şəhərdə mənzilin 1 kv.metrini 4 min manata satacaq

Azərbaycanda «Khazar Island» meqa-layihəsini həyata keçirən «Avesta» konserni layihə çərçivəsində satılacaq mənzillərin rəsmi qiymətini açıqlayıb.
«Avesta» konsernindən verilən məlumata görə, konsernin prezidenti İbrahim Nehrəmli bildirib ki, hər 1 kv. metri 4000 manatdan satılacaq mənzillər müştərilərə 10 illik ipoteka krediti ilə də veriləcək.
Digər maraqlı bir məqam isə ondan ibarətdir ki, alıcılar burada satılan mənzilləri ipoteka kreditindən əlavə 2 illik faizsiz kreditlə də əldə edə bilər.

İ.Nehrəmli bildirib ki, ilkin ödənişdən asılı olaraq ipoteka kreditinin faiz şərtləri də dəyişəcək:

İ.Nehrəmli ilkin ödəniş cədvəlini də açıqlayıb. Bu cədvələ əsasən, ilkin ödənişdən asılı olaraq ipoteka dərəcəsi 10% ilkin ödəniş edənlər üçün illik 10%, ilkin ödəniş 20% olduqda - illik 8%, ilkin ödəniş 30% olduqda - illik 6%, ilkin ödəniş 50% olduqda isə ipoteka dərəcəsi illik 4% təşkil edəcək. Həmçinin mənzillərin dəyərinin 10%-i həmin mənzillərin təmirinə sərf ediləcək. Nəticədə, bütün mənzillər alıcılara tam təmirli təhvil veriləcək
(APA).






Fikirlər